Dövlət Təhlükəsizlik Xidməti (DTX) müxtəlif ağır cinayətlərdə şübhəli bilinən 9 nəfəri axtarışa verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat DTX-nin rəsmi saytında yerləşdirilib.
Məlumata görə, hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə axtarışda axtarılan şəxslər aşağıdakılardır:
Ukrayna əsilli Andrey Zaborski oğurluq etməkdə şübhəli bilinir. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədilən oğurluq) və 273.4-cü maddələri üzrə axtarışa verilib.
Xətai Əliyev də eyni cinayət əməllərinə görə - Cinayət Məcəlləsinin 177.3.2 və 273.4-cü maddələri üzrə axtarışdadır.
Moldova vətəndaşları Oleq Kazanqiu və İqor Velikoqlo da Cinayət Məcəlləsinin 177.3.2 və 273.4-cü maddələri üzrə təqsirli bilinirlər.
Elçin Camalov Zakir oğlu Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.11, 29, 120.2.3, 29, 120.2.11, 228.3, 232.3.2 və 279.3-cü maddələri üzrə axtarılır.
Rövşən Məmmədli Rasim oğlu Cinayət Məcəlləsinin 12.3, 214.2.1, 12.3, 214.2.3, 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri üzrə təqsirli bilinir.
Elnur Cəfərov Şəmsəddin oğlu isə Cinayət Məcəlləsinin 206.4, 228.3, 228.4 və 279.1-ci maddələri ilə şübhəli bilinir.
Ruhin Nuriyev Nizami oğlu Cinayət Məcəlləsinin 279.3-cü maddəsi üzrə axtarışdadır.
Babək Hamzayev Zəkəryə oğlu da Cinayət Məcəlləsinin 279.3-cü maddəsi ilə axtarışa verilib.
Bakı 




