• Bakı 10° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

DTX-nin ifşa etdiyi korrupsiya - Daha bir məhkəmə başlayır

HADİSƏ

17 Fevral 2025 | 16:07

DTX-nin ifşa etdiyi korrupsiya - Daha bir məhkəmə başlayır

Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə faktı ilə bağlı cinayət işindən ayrılmış daha bir epizod üzrə məhkəmə araşdırmasına start verilir.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, bu dəfə “N” saylı hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş kapitan Vahid Novruzlu mühakimə ediləcək.

O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb olunub.

İlkin mərhələdə istintaq orqanı kapitana dövlətə vurulan ziyanı ödəmək şərti ilə azadlıqda qalmaq imkanı versə də, ziyan ödənilmədiyi üçün sonradan barəsində həbs qətimkan tədbiri seçilib.

İşə Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baxılacaq.

İlk iclas fevralın 28-i keçiriləcək.


SON XƏBƏRLƏR

11 Mart 2025