• Bakı 13° C

    9.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Dumanlı hava nə vaxtadək davam edəcək?

CƏMİYYƏT

27 Fevral 2023 | 09:45

Dumanlı hava nə vaxtadək davam edəcək?

Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur. 

ETSN-nin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Bakıvaxtı.az-a bildirib ki, duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir. Xəzər dənizindən cənub-şərq axınları ilə rütubətli hava kütlələrinin quruya doğru hərəkəti və inversiya qatı  dumanın  əmələ gəlməsinə  səbəb olub.  

G.Məmmədovanın sözlərinə görə, duman nəticəsində Bakıda və Abşeron yarımadasında, Sabirabad, Cəfərxan, Salyan, Neftçala, Biləsuvar rayonlarında  görünüş məsafəsi 50 -500 metrədək məhdudlaşıb.

O bildirib ki, Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti fasilələrlə martın 1-i axşamadək davam edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026