• Bakı 11° C

    1.4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Dünən Oğuzda başlayan yanğın bu gün söndürüldü

HADİSƏ

21 Avqust 2021 | 17:43

Dünən Oğuzda başlayan yanğın bu gün söndürüldü

Avqustun 20-də Oğuz rayonu, Xaçmaz kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb.

Bakıvaxtı.az-ın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, yanğın zamanı 0,2 ha sahədə quru ot və kol-kos yanıb.

Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 1 ədəd helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb.

Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026