• Bakı 22° C

    4.88 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Dünyada 5 milyard insan internet istifadəçisidir

CƏMİYYƏT

26 Aprel 2023 | 10:41 | Müəllif: Qalib İbrahimoğlu

Dünyada 5 milyard insan internet istifadəçisidir

"Dünya əhalisinin 63%-i, yaxud 5 milyard nəfəri qısa bir dövrdə rəqəmsal əhaliyə çevrilib, yəni internet istifadəçisidir. Hər il istifadəçilərin orta hesabla - 200 milyon artımı baş verir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc STM-in Avropa Birliyi və Avropa Şurası ilə birgə tədqiqat layihəsinin nəticələrinin təqdimatı ilə bağlı konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu qlobal transformasiya - İKT-dən getdikcə artan asılılıq, sahəni hədəfə alan və ya cinayətkarlıq məqsədləri ilə ondan istifadə edənlərin çoxalması kibercinayətlər kimi yeni təhdidlər gətirib.

Z.Oruc qeyd edib ki, son illər sürətlə inkişaf edən “süni intellekt” texnologiyaları da kiber təhlükələrə qlobal xarakter verib.

"Davosda ənənəvi  Dünya İqtisadi Forumu ekspertlərinin hazırladığı “Qlobal Təhdidlər”- “Global Threats 2018”- hesabatında: 1.təbii fəlakətlərdən və 2.qlobal istiləşmədən sonra-3. kibercinayətlər sivilizasiya üçün ən mühüm təhlükə adlandırılıv”, - deyə Zahid Oruc bildirib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026