• Bakı 27° C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Dünyada yeni ştamdan ölən olub?

DÜNYA

06 Dekabr 2021 | 14:59

Dünyada yeni ştamdan ölən olub?

Dünyada koronavirusun yeni “Omicron” ştamından dünyasını dəyişən olmayıb.

Bakıvaxtı.az AFP-yə istinadən xəbər verir ki, buna baxmayaraq, tədqiqatçılara yeni ştamın əsl təhlükəsini və yoluxma səviyyəsini anlamaq üçün hələ bir neçə həftə lazım olacaq.

Ümumdünya Səhiyyə Təşkilatının səhiyyə sahəsində fövqəladə hallar üzrə proqramının rəhbəri Maykl Rayanın sözlərinə görə, mütəxəssislər yeni ştamın xəstəliyin daha mürəkkəb gedişatına səbəb olub-olmadığını öyrənmək niyyətindədirlər.

Qeyd edək ki, ilk dəfə Afrika ölkələrində aşkar olunan  “Omicron” ştamı dünyada yayılmağa davam edir. Hazırda bu ştama CAR, Honqkonq, İsrail, Belçika, Çexiya, Almaniya, Böyük Britaniya, İtaliya, Avstraliya, Portuqaliya, Şotlandiya, Niderland, həmçinin ehtimallara görə Fransa, İsveçrə və Avstriyada rast gəlinib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026