• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Dünyanın ən hündür zirvəsində qarın qalınlığı bəlli oldu

DÜNYA

10 Iyul 2023 | 19:51 | Müəllif: Subhan Mahmudov

Dünyanın ən hündür zirvəsində qarın qalınlığı bəlli oldu

Çinli tədqiqatçılar dünyanın ən hündür dağı Everestdə (Comolunqma) qar örtüyünün qalınlığının 9,5 m olduğunu müəyyən ediblər.

Bakıvaxtı.az bildirir ki, ölçmə 1000 MHz tezlikli georadardan istifadə edilməklə aparılıb.

Elmi ekspedisiyanın rəhbəri Yao Tandonq bildirib ki, məlumat planetimizin ektremal hündürlükdəki kriosferində dinamik dəyişiklikləri öyrənmək və ekstremal hündürlükdə iqlim dəyişikliyini daha yaxşı anlamağa kömək etmək üçün istifadə olunacaq.

Qeyd edək ki, ötən may ayında Çin alimləri Everestdə 8800 metrdən çox yüksəklikdə avtomatik meteoroloji stansiya quraşdırıblar.

Xatırladaq ki, Comolunqma dünyanın ən yüksək dağ zirvəsi olmaqla Himalay silsiləsinin bir hissəsidir. O, Nepal və Çinin Tibet Muxtar Bölgəsi sərhədində yerləşir. Zirvənin hündürlüyü 8848,86 metr təşkil edir./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026