• Bakı 8° C

    0.47 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Nigerin Fransadakı səfirinin oğlu saxlanıldı

DÜNYA

09 Avqust 2023 | 19:28 | Müəllif: Subhan Mahmudov

Nigerin Fransadakı səfirinin oğlu saxlanıldı

Nigerdə hakimiyyəti ələ keçirən üsyançılar ölkənin Fransadakı səfiri Aişatı Bulamı Kanenin oğlu İdrissa Kaneni paytaxt Niameydə saxlayıblar.

Ona qarşı dövlət vəsaitlərinin mənimsənilməsi maddəsi üzrə ittiham irəli sürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə diplomat məlumat verib.

İdrissa Kanenin işi Korrupsiyaya və Oxşar Cinayətlərə qarşı Mübarizə Baş İdarəsinə verilib. Həbsin dəqiq səbəbi hələlik açıqlanmayıb.

Qeyd edək ki, daha əvvəl üsyançılar Nigerin Parisdəki səfiri Aişatı Bulamı Kaneni vəzifəsindən uzaqlaşdırdıqlarını bildirsələr də, səfir onların qərarını tanımayıb və Prezident Mohamed Bazumun adından fəaliyyət göstərməyə davam edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026