• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Gəzməyə çıxmışdı, xəzinə tapdı-  FOTOLAR

DÜNYA

08 Sentyabr 2023 | 16:23

Gəzməyə çıxmışdı, xəzinə tapdı- FOTOLAR

Norveçdə "Yüz ilin tapıntısı" adlanan xəzinə tapılıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, Norveç sakini Erlend Bore metal detektoru ilə gəzintiyə çıxıb. Belə ki, onun həkimləri 51 yaşlı Boreyə sağlamlığı üçün tez-tez gəzməyi tövsiyə ediblər.

Gəzintini yeni hobbi etmək istəyən adam gözlənilmədən 6-cı əsrə aid xəzinə tapıb. Əvvəlcə, onların qızılı rəngdə şokolad olduğunu düşünsə də qazmağa başlayanda gözlərinə inana bilməyib. O, bir az da qazanda daha doqquz boyunbağı, üç üzük və 10 qızıl mirvari çıxarıb və arxeoloqları çağırmağa qərar verib.

Çəkisi 100 qramdan bir qədər çox olan ləl-cəvahiratların eramızın 500-cü ilinə aid olduğu aşkar edilib. Stavanger Universitetinin Arxeologiya Muzeyinin direktoru Ole Madsen xəzinəni "Norveçdə yüz ilin tapıntısı" elan edib.

Qeyd edək ki, Norveç qanunlarına görə, 1537-ci ildən əvvələ aid əşyalar və 1650-dən köhnə sikkələr dövlət mülkiyyəti sayılır və tapıldıqda səlahiyyətli şəxslərə təhvil verilməlidir.

Xəyalə Rza

 


Gəzməyə çıxmışdı, xəzinə tapdı- FOTOLARGəzməyə çıxmışdı, xəzinə tapdı- FOTOLARGəzməyə çıxmışdı, xəzinə tapdı- FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026