• Bakı 9° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ermənistan və BƏƏ viza rejimini ləğv etdi

DÜNYA

08 Sentyabr 2023 | 18:49 | Müəllif: Subhan Mahmudov

Ermənistan və BƏƏ viza rejimini ləğv etdi

 Ermənistan və Birləşmiş Ərəb Əmirlikləri viza rejimini ləğv edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazir Ararat Mirzoyanın BƏƏ-yə səfərinin nəticələrini təqdim edən "X" sosial şəbəkəsindəki mikrobloqunda xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.

“Ararat Mirzoyanın BƏƏ-yə rəsmi səfəri hər iki ölkənin vətəndaşları üçün viza rejiminin ləğvi haqqında sazişin imzalanması ilə əlamətdar olub”, – Kostanyan yazıb.

Qeyd edək ki, xarici işlər naziri Ararat Mirzoyan sentyabrın 7-də BƏƏ-yə rəsmi səfərə gedib. O, artıq əmirlik həmkarı Abdullah bin Zayed Əl Nəhyan, BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan və Federal Məclisin sədri Saqr Qobaşi ilə görüşlər keçirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026