• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

DYP-dən taksi sürücülərinə MÜRACİƏT

CƏMİYYƏT

29 Fevral 2024 | 11:05

DYP-dən taksi sürücülərinə MÜRACİƏT

"Təhlillər göstərir ki, sürücülərin yuxulu və ya yorğun halda sükan arxasında əyləşməsi ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinin baş verməsinə real zəmin yaradır".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir:

    "Son günlər, xüsusilə taksi fəaliyyəti göstərən sürücüləri arasında günün işıqlı vaxtının uzanmasını fürsət bilərək istirahət etmədən, yuxulu və ya yorğun halda uzun müddət fasiləsiz avtomobil idarə edən şəxslərə daha çox rast gəlinir ki, bu da təhlükəsizlik baxımından yolverilməzdir.

    Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, ələlxüsus taksi fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, yol hərəkəti qaydalarına, iş və istirahət rejiminə ciddi əməl etməyə çağırır".


    SON XƏBƏRLƏR

    26 Iyul 2024