• Bakı 13° C

    6.26 m/s

  • USD - 1.7

    EUR - 1.8395

    RUB - 0.0176

DYP yollarda qabaqlayıcı tədbirlər görür

CƏMİYYƏT

22 Oktyabr 2024 | 19:26

DYP yollarda qabaqlayıcı tədbirlər görür

Qeyri-sabit hava şəraiti ilə bağlı respublika əhəmiyyətli avtomobil yollarında qabaqlayıcı tədbirlər davam etdirilir.

Bakıvaxtı.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, intensiv yağan yağışlar səbəbindən respublika əhəmiyyətli avtomobil yollarında bir sıra çətinliklər yaranıb.

Buna baxmayaraq, gücləndirilmiş iş rejimində çalışan Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşlarının aidiyyəti qurumlarla birgə həyata keçirdiyi tədbirlərlə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilməyib, qəza ehtimalı yüksək olan yol sahələrində fasiləsiz xidmət aparılıb.

Eyni zamanda yolda qalan nasaz avtomobillərin kənarlaşdırılması, sürücü və sərnişinlərinin təhlükəsizliyinin təmin edilməsi üçün adekvat addımlar atılıb.


SON XƏBƏRLƏR