• Bakı 10° C

    0.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ədalət Vəliyev Cevdet Yılmazla görüşdü

SİYASƏT

20 May 2025 | 21:25 | Müəllif: Subhan Mahmudov

Ədalət Vəliyev Cevdet Yılmazla görüşdü

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə C.Yılmaz sosial şəbəkə hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə, görüşdə Türkiyə ilə Azərbaycan arasında əlaqələrin çatdığı qardaşlıq və strateji tərəfdaşlıq səviyyəsinin daha da irəlilədilməsi üçün konkret addımlar müzakirə edilib:

"Görüşdə regional prosesləri də qiymətləndirdik. Cənab Vəliyevə və onun nümayəndə heyətinə səmimi və konstruktiv yanaşmalarına görə təşəkkür edirəm.

Qardaş Azərbaycanla əməkdaşlığımızı "bir millət, iki dövlət" anlayışı çərçivəsində, etimad və həmrəylik əsasında qətiyyətlə davam etdirəcəyik".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026