• Bakı C

    5.05 m/s

  • USD - 1.7

    EUR - 1.7739

    RUB - 1.7487

Ədliyyə Nazirliyinin hərbi qulluqçuları və xüsusi rütbəsi olan əməkdaşlarının maaşları artırıldı

SİYASƏT

27 Yanvar 2025 | 17:17

Ədliyyə Nazirliyinin hərbi qulluqçuları və xüsusi rütbəsi olan əməkdaşlarının maaşları artırıldı

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Azərbaycan Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Ədliyyə və Maliyyə nazirlikləri bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.


SON XƏBƏRLƏR

28 Yanvar 2025