• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

310 mindən çox şəxsə proaktiv təyinat aparılıb

CƏMİYYƏT

29 Dekabr 2022 | 11:17 | Müəllif: Qalib İbrahimoğlu

310 mindən çox şəxsə proaktiv təyinat aparılıb

Əmək və Əhalisis Sosial Müdafiəzi Nazirliyinin tərkibindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində "2022-ci ildə sosial sahədə elektronlaşma, pensiyaların proaktiv təyinatı ilə bağlı görülmüş işlər və hədəflər" mövzusunda mətbuat konfransı keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, mətbuat konfransında DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin sədri Kənan Əkpərov iştirak edib.

K.Əkpərov bildirib ki, bu il Nazirliyin e-xidmətlərinə 9 milyondan çox, e-sosial.az portalına 11 milyona yaxın müraciət edilib. Növbəti ildə e-sosial portalının funksionallıqlarının daha da genişləndiriləcəyi diqqətə çatdırılıb. Yanvar-dekabr aylarında ümumilikdə 310 mindən çox şəxsə proaktiv təyinat aparılıb. Növbəti ildən proaktiv təyinat sahəsinin daha da genişləndirilməsi üçün Nazirliyin e-sistemlərində aidiyyat üzrə inteqrasiya və təkmilləşmə işləri davam etdirilir.

Nazirliyin e-arayış xidmətləri vasitəsilə 12 ayda 530 min 631 e-arayış verilib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026