• Bakı 11° C

    15.77 m/s

  • USD - 1.7

    EUR - 1.8522

    RUB - 0.0173

“Efirlərə çıxıb özlərinə kişi axtarırlar” - Rövşanə Ağasəfqızı

MƏDƏNİYYƏT

19 Aprel 2024 | 18:37

“Efirlərə çıxıb özlərinə kişi axtarırlar” - Rövşanə Ağasəfqızı

"İşsiz deyiləm. Hazırda iki böyük şirkətin ictimaiyyətlə əlaqələr şöbəsində çalışıram. Aparıcı olaraq efirlərdən uzaqlaşmışam. Mütəmadi olaraq məni verilişlərə qonaq çağırırlar və ekspert kimi iştirak edirəm. Diqqətimi daha çox sosial mediaya yönləndirmişəm. Buna rəğmən televiziyada baş verənləri kənardan izləyirəm. Kənardan gördüklərim isə daha fərqlidir". 

Bakıvaxtı.az bildirir ki, bu sözləri məşhur aparıcı Rövşanə Ağasəfqızı Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib. 

Rövşanə efirdən uzaqlaşmasının səbəbini aylar əvvəl çalışdığı "Space" televiziyasında aparıcısı olduğu verilişlərinin səbəbsiz yerə kanalın rəhbəri Vado Karovin tərəfindən bağlanması ilə əlaqələndirib: 

"Yenə də təkrar edirəm ki, heç bir səbəb göstərilmədi. Amma mən telekanallardan özümə uyğun maraqlı təkliflər gözləyirəm". 

R.Ağasəfqızı həmkarı Kamran Həsəninin "Efiri bazara çeviriblər. Necə ki, bazarda pomidoru pulla alırsan, efirdə də hər verilişin özünün müəyyən məbləği var, guya digərindən daha səviyyəli olan veriliş daha çox pul tələb edir.

Çünki yaxşı hesab olunan verilişlərin aparıcılarının saxlayanı var və kiçik məbləğə razılaşmır" fikirlərinin səhv olduğunu bildirib: 

"Bu Kamran Həsəninin şəxsi düşüncəsidir. Bu fikirləri isə hamıya şamil etmək olmaz. Ümumiyyətlə, kimlərinsə şəxsi, intim həyatını iş həyatına qarışdırmağı doğru hesab etmirəm. Bu fikirlərin isə illərin peşəkar televiziya adamına da yaraşdırmıram. Hər kəsin şəxsi həyatı var. Kamranın söylədiyi "Yaxşı hesab olunan verilişlərin aparıcılarının saxlayanı var" fikirləri bütün televiziya aparıcılara aid etmək olmaz. Bütün hallarda şəxsi həyat şəxsidir". 

Rövşanə vurğulayıb ki, mədəniyyəti və səviyyəsi olmayan ifaçılar efirlərə çıxaraq özlərinə kişi və var-dövlət axtarırlar:  

"Demək olar ki, televizoru açıb verilişlərə baxmıram. Çünki buna vaxtım yoxdur. Ancaq sosial şəbəkələr üzərində verilişlərdən paylaşılan videolar qabağıma çıxır. Onları izləyəndə təbii ki, çox məqamlar xoşuma gəlmir. Hər oyuna getmək, hər bir yola əl atmaq, efirə aidiyyəti olmayan, səviyyə ölçüsü bilinməyən şəxslərin efirlərə ayaq açması aparıcılar və layihə müəllifləri qarşısında qoyulan "reytinq planı"dır. Onlar da bunları etməyə məcburdular. 

Əminəm ki, tanıdığım və peşəkarlığına əmin olduğum aparıcıların hazırda televiziyada baş verənlər heç də ürəyincə deyil. Çünki az-çox televiziyadan başı çıxan, mətbəxini bilən, savadı və biliyi olan insan görüb və anlayır ki, bu şəxsi efirə buraxmaq olmaz. Bu tip şəxslər efirlərə çıxıb özlərinə kişi, ər və ya var-dövlət axtarırlar. Onlar efirlərdə elə şeylər danışırlar ki, kənardan çox qeyri-etik görünür. 
Televiziyaçı olduğuma görə, təbii ki, bu məqamları anlayıram. Çünki ayın sonunda verilişindəki reytinqə görə, kanaldan müvafiq maaş alacaqsan. Bütünlüklə girisən bu işin içinə və məcbursan ki, bu qazanın içində qaynayasan. İnanın ki, kənardan çox biədəb görünür". 


SON XƏBƏRLƏR

04 Noyabr 2024