• Bakı 11° C

    10.24 m/s

Əfqanıstanda daşqınlar nəticəsində 90 nəfər ölüb

DÜNYA

17 Avqust 2022 | 14:15

Əfqanıstanda daşqınlar nəticəsində 90 nəfər ölüb

Əfqanıstanın şərq əyalətlərini vuran daşqınlar nəticəsində son bir həftədə ən azı 90 nəfər həyatını itirib.

Bakıvaxt.az xəbər verir ki, Taliban müvəqqəti hökumətinin Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Dövlət Nazirliyinin sözçüsü Məhəmməd Nesim Hakkani mətbuata verdiyi açıqlamada Əfqanıstanın şərqində son bir həftədə 6 əyalətdə güclü daşqınların baş verdiyini bildirib.

Nangerhar, Paktiya, Host, Logar, Meydan Wardak və Pervan vilayətlərində yağan yağışlarda ölənlərin olduğunu bildirən Hakkani, son bir həftədə baş verən daşqınlar nəticəsində ən az 90 nəfərin həyatını itirdiyini, çox sayda insanın isə yaralandığını qeyd edib.

Hakkani təbii fəlakət qurbanlarına ərzaq və çadır yardımı edildiyini bildirib.


SON XƏBƏRLƏR

04 Dekabr 2023