• Bakı 25° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Paşinyan Putin və Makronla telefonla danışdı - YENİLƏNİB

DÜNYA

16 Sentyabr 2022 | 11:25

Paşinyan Putin və Makronla telefonla danışdı - YENİLƏNİB

Ermənistan Baş naziri Nikol Paşinyanla ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Bakıvaxtı.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətindən bildirilib.

Tərəflər Ermənistan-Azərbaycan sərhədindəki durumu müzakirə ediblər.

N.Paşinyan gərginliyin davam etdiyini, amma nisbi sakitliyin əldə olunduğunu söyləyib.

ABŞ dövlət katibi Ağ evin regionda sülhü təmin etməyə hazır olduğunu deyib.

Xatırladaq ki, N.Paşinyan bu gün Rusiya Prezidenti Vladimir Putin və Fransa dövlət başçısı Emmanuel Makronla da telefonla danışıb.

10:57

Ermənistan Baş naziri Nikol Paşinyanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, tərəflər Ermənistan-Azərbaycan sərhədindəki durumu müzakirə ediblər.

N.Paşinyan durumun son dərəcə gərgin olduğunu söyləyib. E.Makron dialoq və sülhü təmin etməyə hazır olduğunu xatırladıb.

***
Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bakıvaxtı.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.

Nikol Paşinyan vurğulayıb ki, hazırda sərhəd nisbətən sakit olsa da, vəziyyət gərgin olaraq qalır.

Bildirilib ki, ölkə liderləri Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciəti ilə bağlı qəbul edilmiş qərarların icrası ilə bağlı məsələləri müzakirə ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026