• Bakı 28° C

    8.11 m/s

  • USD - 1.7

    EUR - 1.8551

    RUB - 0.0198

Əhaliyə XƏBƏRDARLIQ - Bu gün 09:00-dan...

CƏMİYYƏT

13 Iyul 2024 | 10:15

Əhaliyə XƏBƏRDARLIQ - Bu gün 09:00-dan...

Bakı və Abşeron yarımadası bu gün geomaqnit qasırğasının təsiri dairəsində olacaq. 

Bakıvaxtı.az xəbər verir ki, maqnit qasırğası bu gün saat 09 radələrindən başlayacaq və gecə 03:00-dək davam edəcək. 

Qeyd edək ki, geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər.

Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.


SON XƏBƏRLƏR