• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu kollecə direktor TƏYİN OLUNDU - FOTO

CƏMİYYƏT

12 Avqust 2024 | 10:10

Bu kollecə direktor TƏYİN OLUNDU - FOTO

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin yeni direktoru kollektivə təqdim olunub.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, avqustun 9-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə direktor təyin olunmuş Ramil Aslanov kollektivə təqdim edilib.

Təqdimatda Agentliyin Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov və Kollecin inzibati və pedaqoji heyəti iştirak edib.

    Qeyd edək ki, Ramil Aslanov 1998-ci ildə Azərbaycan Texnologiya Universitetinin “Texnoloji maşınlar və avadanlıqlar” ixtisası üzrə bakalavriat səviyyəsini, 2000-ci ildə eyni ixtisas üzrə magistratura səviyyəsini bitirib. Hazırda həmin universitetdə doktorantura səviyyəsi üzrə təhsil alır.

    R.Aslanov bu təyinatadək 2002-ci ildən etibarən Azərbaycan Texnologiya Universitetində laboratoriya müdiri, baş müəllim, bölmə rəhbəri və dekan müavini vəzifələrində çalışıb.


    Bu kollecə direktor TƏYİN OLUNDU - FOTOBu kollecə direktor TƏYİN OLUNDU - FOTOBu kollecə direktor TƏYİN OLUNDU - FOTO
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    22 Noyabr 2026
    21 Noyabr 2026