• Bakı 24° C

    6.84 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Əhməd Cavadla  bağlı tədbirlər keçiriləcək

CƏMİYYƏT

13 Oktyabr 2022 | 11:51

Əhməd Cavadla bağlı tədbirlər keçiriləcək

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əhməd Cavadın 130 illik yubileyinin qeyd edilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən əmr imzalanıb.

İdarədən Bakıvaxtı.az-a verilən xəbərə görə, müvafiq əmr ilə təsdiqlənmiş Tədbirlər Planına əsasən, ümumi təhsil müəssisələrində Əhməd Cavadın həyat və yaradıcılığına həsr olunmuş tədbirlər, konfranslar, seminarlar, müsabiqələr, ədəbi-bədii gecələr, “Açıq dərs”lər, “Dəyirmi masa”ların keçirilməsi nəzərdə tutulur.

Həmçinin görkəmli şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavada həsr olunan təqdimatların keçirilməsi, fotostendlərin hazırlanması, şagirdlərin əl işlərindən ibarət sərgilərin təşkili də planlaşdırılır.

Qeyd edək ki, “Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında” Elm və Təhsil Nazirliyinin Tədbirlər Planının təsdiq edilməsi barədə Elm və Təhsil Nazirliyinin müvafiq əmrinin icrasını təmin etmək, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, tərcüməçi, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın həyatı, ədəbi yaradıcılığı, ictimai-siyasi fəaliyyəti haqqında məktəbliləri məlumatlandırmaq əsas məqsədlərdəndir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026