• Bakı 15° C

    8.63 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.0988

Ehtiyatda olan hərbçilərə dəstək - Milyonlarla manat ayrılır

CƏMİYYƏT

04 Noyabr 2025 | 12:31

Ehtiyatda olan hərbçilərə dəstək - Milyonlarla manat ayrılır

2026-cı ilin dövlət büdcəsində 20 il və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və digər zəruri xərclərin maliyyə təminatı üçün 35 000 000 manat vəsait nəzərdə tutulur.

Bakıvaxtı.az xəbər verir ki, Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, həmçinin, kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular da nəzərə alınmaqla) ödənilən pul kompensasiyası üçün 15 500 000 manat məbləğində vəsait nəzərdə tutulub.

Yəni, 2026-cı ildə yerli xərclərin 15 500 000 manatı və ya 2,0 %-i kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular da nəzərə alınmaqla) pul kompensasiyasının ödənilməsi xərclərinə yönəldiləcək.


SON XƏBƏRLƏR