• Bakı 24° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Əjdər Olun məhkəməsi: şahidlər ifadə verdi

HADİSƏ

27 Yanvar 2022 | 14:42 | Müəllif: Qalib İbrahimoğlu

Əjdər Olun məhkəməsi: şahidlər ifadə verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda rüşvət almaqda təqsirləndirilən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakıvaxtı.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən Dövlət Sosial Müdafiə Fondunda və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq vəzifələrdə çalışmış şəxslər təqsirləndirilən şəxsə verilmiş ittihamlarla bağlı prokurorun suallarını cavablandırıblar.

Proses fevralın 2-də şahid ifadələri ilə davam etdiriləcək.

Qeyd edək ki, Əjdər Cəbiyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O, külli miqdarda rüşvət almaqda ittiham olunur. Onun barəsində istintaq orqanının təqdimatı əsasında Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Ə.Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir.

Əjdər Ol Səlim Müslümovun nazir olduğu dövrdə nazirliyin aparat rəhbəri işləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026