• Bakı 27° C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Elçin Bayramlı həbs edildi

SİYASƏT

02 Avqust 2026 | 21:32

Elçin Bayramlı həbs edildi

SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə təqsirləndirilən şəxslər barəsində məhkəmə hökm çıxarıb.

Bakıvaxtı.az Gununsesi.info-ya istinadla xəbər verir ki, həbs edilən şəxslərdən biri “Səs” qəzetinin əməkdaşı, sosioloq kimi tanınan Elçin Bayramlıdır.

Onun barəsində 1 il 6 ay həbs qərarı verilib.

Məsələ ilə bağlı sayt Elçin Bayramlının həyat yoldaşı, jurnalist Lalə Mehralı ilə əlaqə saxlasa da, o, mövzu haqqında danışmaq istəmədiyini bildirib.

Məlumat üçün bildirək ki, E. Bayramlı son dövrlərdə müxtəlif ictimai-siyasi mövzularda verdiyi qalmaqallı açıqlamaları ilə tez-tez gündəmə gəlirdi. O, bir sıra çıxış və müsahibələrində Sovet rejiminin müsbət xüsusiyyətlərini qabardırdı.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsinin hökmünə əsasən, E. Bayramlı ilə yanaşı İbrahim Əsədli və Abdulla İbrahimli hər biri 2 il, Mehman Zeynalov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR