• Bakı 12° C

    7.95 m/s

  • USD - 1.7

    EUR - 1.959

    RUB - 2.1258

Elektron siqaretin ziyanı varmı?

CƏMİYYƏT

16 May 2023 | 13:08

Elektron siqaretin ziyanı varmı?

Son zamanlar küçələrdə, restoranlarda, demək olar, hər yerdə elektron siqaret və qəlyan çəkən gənclərlə rastlaşırıq. Əksəriyyət siqareti tərgitmək üçün elektron siqaretə üstünlük verdiyini iddia edir. Amma mütəxəssilər elektron siqaretin adi siqareti tərgitməkdə heç bir rolunun olmadığını deyir.

Bir qisim isə elektron siqaretə ziyansız olduğu iddiası ilə üstünlük verir.

Tibb eksperti Rasif Bağırov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, elektron siqaretlər, adətən, insanların nikotindan uzaq dayanması üçün istehsal olunur: “Yəni, insanlar tüstü xaric etsin, amma, tərkibində nikotin olmasın. Bir müddət sonra artıq siqaretə ehtiyac yaranmır. Çünki adi siqareti çəkdikdə orqanizmdə reseptorlar qoyur. Həmin reseptorlar məhv olub gedir. Məhv olduqdan sonra orqanizm daha nikotin istəmir. Bu zaman bədəndə elektron siqaretin tüstüsündən tələbat yaranmır. Tələbat yaranmadığına görə onu da istənilən vaxt ata bilər”.

Ekspert “Elektron siqaretdən istifadə etməyin orqanizmə heç bir ziyanı yoxdur, sadəcə nikotindən uzaq durmaq üçün istifadə oluna bilər”, - deyə qeyd edib.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Turan Abdullazadə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun 13.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışı, habelə onlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsi qadağandır.

Vəkilin sözlərinə görə, həmin Qanuna əsasən, bütün növ qəlyanlar və elektron siqaretlər də bu qanunun təsir dairəsində tütün məmulatlarına bərabər tutulur: “Həmin qanuna əsasən, tütün məmulatlarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd tələb edir”.

T.Abdullazadə “Qanuna əsasən, alıcının yetkinlik yaşına çatmasına şübhə olduqda, onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd təqdim edilmirsə, satıcı tütün məmulatını alıcıya satmaqdan imtina edir. Yetkinlik yaşına çatmayan şəxslərin tütündən istifadəsinə icazə verilmir. İnzibati Xətalar Məcəlləsinin 212.3-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsi -yüz manat məbləğində cərimə edilir”, - deyə vurğulayıb.

Aytac Aslan


SON XƏBƏRLƏR