• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Ermənistanla sərhədin delimitasiyası Komissiyasına katib təyin edildi

CƏMİYYƏT

12 Aprel 2023 | 14:16

Ermənistanla sərhədin delimitasiyası Komissiyasına katib təyin edildi

Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasi üzrə Dövlət Komissiyasının Katibliyinə rəhbər təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki,  Baş nazir Əli Əsədovun imzaladığı sərəncamla Murad Nəcəfbəyli komissiyanın katibi təyin edilib.

Sərəncam aprelin 10-u imzalanıb.

Qeyd edək ki, Baş nazir Əli Əsədov ötən ilin oktyabrında Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə yaradılmış Dövlət Komissiyasının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər barədə qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyinin yaradılması, fəaliyyət istiqamətləri və təşkili müəyyən edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026