Azərbaycan işğal altındakı ərazilərini azad edəndən sonra regionda nəqliyyat yollarının inkişafı üçün şərait yaranıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Baş naziri Əli Əsədov Rusiya paytaxtında keçirilən II Xəzər İqtisadiyyat Forumunun plenar çıxışında bildirib.
"Bu gün biz regional kommunikasiya layihələrinin üzərində aktiv işləyirik. Bu mənada Zəngəzur dəhlizinin açılması vacib əhəmiyyət kəsb edir", deyə Azərbaycan Baş naziri vurğulayıb. /APA
















