• Bakı 15° C

    4.58 m/s

  • USD - 1.7

    EUR - 1.8303

    RUB - 0.0186

Əli Əsədov: "MDB ölkələri ilə ticarət dövriyyəmiz  artıb"

CƏMİYYƏT

08 Iyun 2023 | 14:50

Əli Əsədov: MDB ölkələri ilə ticarət dövriyyəmiz  artıb

2022-ci ildə Azərbaycanın MDB-yə üzv ölkələrlə ticarət dövriyyəsinin ümumi dəyəri 2021-ci illə müqayisədə 28 %-dən çox artıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Rusiyanın Soçi şəhərində keçirilən MDB Hökumət Başçıları Şurasının iclasında bildirib.

"Müsbət dinamika cari ildə də müşahidə olunur. İlk 4 ayda biz qarşılıqlı ticarəti 22 % artırmağa nail olmuşuq”, - deyə o qeyd edib.

İclasda mövcud qlobal geosiyasi çağırışlar fonunda nəqliyyat-tranzit sahəsində əməkdaşlığın aktuallığının artdığı, Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin açılmasının mühümlüyü qeyd edilib.

“Azərbaycan regionda əsas nəqliyyat qovşağı kimi, nəqliyyat-logistika infrastrukturunu daim təkmilləşdirir və MDB üzrə tərəfdaşlarının ehtiyacları üçün yükdaşımaların artan həcmini təmin etməkdən ötrü öz potensialından daha intensiv istifadə etməyə hazırdır”, - deyə Ə.Əsədov əlavə edib.


SON XƏBƏRLƏR