• Bakı 23° C

    8.28 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü

SİYASƏT

06 Iyul 2021 | 14:52

Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü

Baş nazir Əli Əsədov iyulun 6-da Rusiyanın səhiyyə naziri Mixail Muraşko ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə səhiyyə sahəsində əməkdaşlıq və tibbi kadrların hazırlığı sahəsində əməkdaşlıq daxil olmaqla, Azərbaycan-Rusiya münasibətlərinin bütün istiqamətlər üzrə uğurlu inkişafı məmnunluqla qeyd edilib.

Həmçinin koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə hər iki ölkədə görülən tədbirlərə dair fikir mübadiləsi aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026