• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Əli Əsədovdan şəhid və müharibə veteranları ilə bağlı SƏRƏNCAM

GÜNDƏM

02 Iyul 2021 | 17:57

Əli Əsədovdan şəhid və müharibə veteranları ilə bağlı SƏRƏNCAM

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydasının layihəsini bir ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim edəcək.

Bakıvaxtı.az-ın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq sərəncam imzalayıb.

Baş nazirin digər sərəncamına əsasən isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, müharibə veteranlarının reyestrinin aparılması qaydasına dair təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026