• Bakı 25° C

    2.51 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.3231

Əli Kərimli ilə bağlı - Vacib xəbər

SİYASƏT

10 Iyun 2026 | 16:19

Əli Kərimli ilə bağlı - Vacib xəbər

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbs müddəti uzadılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar qəbul edib.

Məhkəmə cinayət işi üzrə əlavə sübutların toplanmasının zəruriliyini nəzərə alaraq vəsatəti təmin edib.

Qərara əsasən, Əli Kərimlinin həbs müddəti daha 5 ay artırılıb.

Qeyd edək ki, Ə.Kərimli Prezident Adminstrasiyasının sabiq rəhbəri, hazırda ev dustaqlığında saxlanılan Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb edilib. O, Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham olunur.

Hazırda cinayət işləri üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) genişmiqyaslı ibtidai istintaq hərəkətləri aparılır.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR