• Bakı 19° C

    8.79 m/s

  • USD - 1.7

    EUR - 1.8199

    RUB - 0.0182

Əliçıraq məscidinin qarşısında yük maşını aşdı: XƏSARƏT ALANLAR VAR - FOTOLAR - YENİLƏNİB

HADİSƏ

18 Aprel 2024 | 09:15

Əliçıraq məscidinin qarşısında yük maşını aşdı: XƏSARƏT ALANLAR VAR - FOTOLAR - YENİLƏNİB

Bu gün səhər 08:00 radələrində Sabunçu rayonu, Balaxanı-Binəqədi yolu, "Lukoil" yanacaq məntəqəsi ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədəTƏBİB-dən bildirilib.

    Qeyd edilib ki, hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib.

    "Hadisə nəticəsində 2 nəfər (kişi cinsli) xəsarət alıb. Müştərək travmalarla xəsarət alan şəxslər Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub", - məlumatda deyilir.

    ***

    09:07

    18.04.2024-cü il tarixində saat 08:00 radələrində Sabunçu rayonu, Balaxanı-Binəqədi yolu, "Lukoil" yanacaq məntəqəsi ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

    Bu barədə TƏBİB-dən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib.

    Məlumata görə, hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib.

    Hadisə nəticəsində 2 nəfər (kişi cinsli) xəsarət alıb. Müştərək travmalarla xəsarət alan şəxslər Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

    ***

    08:41

    Binəqədi-Balaxanı şosesi, Əliçıraq məsçidinin qarşısında yük avtomobili aşıb.

    Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Mətbuat xidmətindən bildirilib.

    Verilən məlumata görə, qəza səbəbindən hazırda yolun hər iki istiqamətində sıxlıq müşahidə edilir.

      Yol polisi əməkdaşları hadisə yerindədirlər və sıxlığın qarşısını almaq üçün operativ tədbirlər görülür.


      SON XƏBƏRLƏR

      30 Aprel 2024