• Bakı 10° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Əlillər üçün satış portalı yaradılır

CƏMİYYƏT

20 Aprel 2022 | 20:38 | Müəllif: Subhan Mahmudov

Əlillər üçün satış portalı yaradılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə əlilliyi olan şəxslərin əl işlərinin sərgi və satışının təşkili üçün portal yaradılır.

Nazirlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, portal əlilliyi olan istedadlı şəxslərə bu platforma vasitəsilə yaradıcılıq nümunələrini həm nümayiş etdirmək, həm də satışını həyata keçirmək imkanı verəcək.

Məqsəd bu kateqoriyadan olan şəxslərin istedad və bacarıqlarının cəmiyyətə tanıdılmasına, yaradıcılıq potensiallarının stimullaşdırılmasına, həmin şəxslərin cəmiyyətə inteqrasiyasına yaxından dəstək olmaqdır.

Portalın hazırlanması işləri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən koordinasiyalı şəkildə davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR