• Bakı 18° C

    13.57 m/s

  • USD - 1.7

    EUR - 1.9937

    RUB - 2.035

Əliyar Ağayev UEFA Avropa Liqasının oyununa təyinat alıb

İDMAN

30 Sentyabr 2025 | 11:30

Əliyar Ağayev UEFA Avropa Liqasının oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Bakıvaxtı.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Avropa Liqasının əsas mərhələsində keçiriləcək "Brann" (Norveç) – "Utrext" (Niderland) matçının baş hakimi olacaq.

Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Macarıstanlı Tomaş Baqnar VAR, Ferens Karako isə AVAR kimi fəaliyyət göstərəcək. Qarşılaşma oktyabrın 2-də Bergen şəhərindəki "Brann" stadionunda keçiriləcək.


SON XƏBƏRLƏR

29 Sentyabr 2025