• Bakı C

    15.7 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.7347

İki ildə sertifikatlaşdırma imtahanı verən müəllimlərin SAYI AÇIQLANDI

CƏMİYYƏT

06 Fevral 2025 | 15:17

İki ildə sertifikatlaşdırma imtahanı verən müəllimlərin SAYI AÇIQLANDI

2022-2024-cü illər üzrə təşkil olunan sertifikatlaşdırma üzrə imtahanlarda 65 min müəllim iştirak edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu media üçün təşkil edilən brifinqdə elm və təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, ibtidai sinif müəllimliyi üzrə 31 852 müəllim, Azərbaycan dili və ədəbiyyat üzrə 9 892 nəfər, riyaziyyat fənni üzrə 8 807, xarici dil üzrə isə 13 957 müəllim imtahan verib:

“Bu günə qədər 64901 nəfər sertifikatlaşdırılmaya cəlb olunub. Onlardan 17426 nəfər yüksək göstərdiklərinə görə əməkhaqqılarına 35% əlavə edilib. Orta nəticə göstərən 38084 nəfər isə 10%-lik əlavə alırlar”.

Mina Mikayılova


SON XƏBƏRLƏR