• Bakı 11° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Elza Seyidcahanın nə qədər cəriməsi var?

MƏDƏNİYYƏT-ŞOU

01 Dekabr 2022 | 12:30

Elza Seyidcahanın nə qədər cəriməsi var?

Əməkdar artist Elza Seyidcahanın avtomobili əlindən alınaraq cərimə meydançasına aparılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda Axşam.az-a danışan müğənni cəriməsinin məbləğini açıqlayıb:

"1500 manat cəriməm var. Bundan əvvəl 5 min manat idi. İndiki onun yanında şükürlüdür. Texniki baxış olmadığı üçün bu cərimələr yığılıb. Üstünə də hər beş gündən bir 50 manat faiz gəlir. Sanki məni faizə otuzdurublar. Ötən gün çəkilişə gedəndə gecikirdim, xətti tapdaladım və polis saxladı. Gördülər ki, cəriməm çoxdur, dedilər, avtomobil əlinizdən alınmalıdır. Mən də polisə dedim ki, məni siz canlı yayıma aparın və maşını da götürün. Sağ olsunlar, özləri kanala qədər gətirdilər".

Seyidcahan bildirib ki, maşınını satmağı planlaşdırır:

"Avtomobil idarə etmək mənə sərf etmir. Səhər gedib axşam evə gələn adam deyiləm. Bütün günü maşınla nə qədər tədbirə qatılıram. Yollar tıxac, heç yerə vaxtında çata bilmirsən. Məcbur olub qayda pozuruq. Sənət adamlarına güzəştə gedilməlidir. Biz nə qazanırıq ki, cərimə də ödəyək. Artıq maşını saxlaya bilmirəm. Məcburam ki, satım və sürücü tutub, onunla gəzim". 


SON XƏBƏRLƏR