• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Əməliyyat olunan “Real”ın qapıçısı üçün mövsüm başa çatıb

İDMAN

20 Mart 2024 | 14:30

Əməliyyat olunan “Real”ın qapıçısı üçün mövsüm başa çatıb

İspaniyanın “Real” klubunun futbolçusu Tibo Kurtua əməliyyat olunub.

Bakıvaxtı.az xəbər verir ki, belçikalı qapıçı sağ dizindən cərrahi müdaxiləyə ehtiyac duyub.

31 yaşlı qolkiper zədəsini yeni sağaltmasına baxmayaraq, komandanın son məşqində yenidən sıradan çıxıb. Həkimlər onun 2 aydan sonra məşqlərə başlayacağını açıqlayıblar. Bu isə o deməkdir ki, Kurtua üçün mövsüm başa çatıb.

Qeyd edək ki, Tibo Kurtua zədə ucbatından 2023/2024 mövsümündə heç bir oyunda meydana çıxmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026