• Bakı 17° C

    10.25 m/s

  • USD - 1.7

    EUR - 1.8199

    RUB - 0.0182

"Fənərbağça" yarımfinala vəsiqə qazana bilmədi

İDMAN

19 Aprel 2024 | 03:45

Fənərbağça yarımfinala vəsiqə qazana bilmədi

Konfrans Liqasında yarımfinala vəsiqə qazanan son komanda bəlli olub.

Bakivaxti.az xəbər verir ki, Yunanıstanda keçirilən ilk görüşdə "Olimpiakos"a 3:2 hesabı ilə uduzan "Fənərbağça" bu dəfə eyni rəqiblə İstanbulda üz-üzə gəlib. "Sarı-lacivərdilər" əsas və əlavə vaxtda 1:0 üstün olduğu üçün penaltilər seriyası oynanılıb. Burada isə daha dəqiq oynayan yunanlar (3:2) adını yarımfinala yazdırıblar.

"Olimpiakos" 1/2 finalda İngiltərənin "Aston Villa" komandası ilə qarşılaşacaq.

Yarımfinalın digər görüşündə isə "Brügge" (Belçika) - "Fiorentina" (İtaliya) üz-üzə gələcək.


SON XƏBƏRLƏR