• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Əmtəə bazarlarında neft gələn il ucuzlaşacaq - PROQNOZ

İQTİSADİYYAT

10 Aprel 2024 | 10:12

Əmtəə bazarlarında neft gələn il ucuzlaşacaq - PROQNOZ

ABŞ Energetika Nazirliyi 2024-cü ildə "Brent" markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 87 ABŞ dollarından 88,55 dollaradək yüksəldib.

Bakıvaxtı.az "APA-Economics"-ə istinadən xəbər verir ki, 2025-ci ildə “Brent” neftinin orta qiyməti 86,98 dollar təşkil edəcəyiehtimal olunur (öncəki proqnoz – 84,8 dollar).

    Qeyd olunur ki, 2023-cü ildə “Brent”in orta qiyməti 82,41 dollar təşkil edib.

    Hesabata əsasən, WTI markalı xam neftin bir barelinin orta qiyməti 2024-cü ildə 83,78 dollar (öncəki proqnoz göstərici – 82,15 dollar), 2025-ci ildə isə 82,48 dollar (öncəki proqnoz – 80,3 dollar) səviyyəsində olacaq.

    Hesabatda vurğulanır ki, WTI markalı xam neftin bir barelinin orta qiyməti 2023-cü ildə 77,58 dollar təşkil edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR