• Bakı 19° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Ən çox istifadə edilən telefonlar - SİYAHI

Multİmedia

15 Aprel 2024 | 10:15

Ən çox istifadə edilən telefonlar - SİYAHI

2024-cü ilin yanvar-mart aylarında qlobal smartfon bazarı 7,8% böyüyüb və sayı 289,4 milyon ədədə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi IDC araşdırma şirkətinə istinadən məlumat yayıb.

2024-cü ilin birinci rübündə "Iphone" model telefonlar istehsal edən "Apple" şirkətinin smartfonlarının tədarükü təxminən 10% azalıb. Şirkət ən böyük istehsalçıların reytinqində birinci yeri "Samsung"a verib və yenidən ikinci yerə düşüb. Amerika korporasiyası 2023-cü ilin sonuna qədər Cənubi Koreyanı geridə qoyub.

Bazarda "Samsung"un payı 20,8%, "Apple" şirkətinin payı 17,3%, "Xiaomi"nin payı isə 14,1% təşkil edib.

"Samsung" şirkəti ilk rübdə 60 milyondan çox smartfon tədarük edib. "Apple" bir il əvvəlki 55,4 milyonla müqayisədə 50,1 milyon ədəd smartfon satıb.

2023-cü ildə "Apple"ın payı 20,1%, "Samsung"un payı isə 19,4% təşkil edib. Cənubi Koreya korporasiyası 12 ildir ki, smartfon istehsalçıları arasında liderliyini qoruyub saxlayır.


SON XƏBƏRLƏR

29 Aprel 2024