• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Ərdoğan bu tarixdə Azərbaycana səfər edəcək

SİYASƏT

11 Iyun 2023 | 18:03 | Müəllif: Subhan Mahmudov

Ərdoğan bu tarixdə Azərbaycana səfər edəcək

Yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan seçkilərdən sonra ilk xarici səfərini yeni həftədə edəcək.

Bakıvaxtı.az “TRT Haber”ə istinadən xəbər verir ki, ənənəni pozmayan Prezident Ərdoğan iyunun 12-də Şimali Kipr Türk Cümhuriyyətində, 13 iyun çərşənbə axşamı isə Azərbaycanda görüşlər keçirəcək.

Prezident Ərdoğan yeni həftənin ilk günü Şimali Kipr Türk Respublikasına gedəcək və Prezident Ersin Tatarla görüşəcək. Türkiyə Prezidenti Türkiyənin Kipr məsələsi və Şərqi Aralıq dənizindəki yol xəritəsi ilə bağlı mesajlar verəcək.
Prezident Ərdoğan çərşənbə axşamı, iyunun 13-də isə Azərbaycana səfər edəcək.

O, həmkarı İlham Əliyevlə görüşəcək. İki lider Ankara-Bakı xəttində əməkdaşlığın daha da artırılmasını qiymətləndirəcəklər.

Qeyd edək ki, Ərdoğan və İlham Əliyev Azərbaycan və Ermənistan arasında dialoq prosesində əldə olunan irəliləyişi də müzakirə edəcəklər. Qafqazda daimi sülh və sabitliyin təmin olunması üçün mesajlar veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026