• Bakı 14° C

    1.22 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ərdoğan: Fələstin Prezidenti iki ildir ki, Baş Assambleyanın...

DÜNYA

22 Sentyabr 2026 | 20:08 | Müəllif: Subhan Mahmudov

Ərdoğan: Fələstin Prezidenti iki ildir ki, Baş Assambleyanın...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib və bildirib ki, təşkilata üzv ölkələrin böyük əksəriyyəti tərəfindən rəsmi şəkildə dövlət kimi tanınan Fələstinin Prezidenti Mahmud Abbas iki ildir ki, Baş Assambleyanın iclasında iştirak edə bilmir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

"Fələstinli qardaşlarımıza qarşı bu ədalətsizlik vicdanları yaralayır", - Türkiyə Prezidenti qeyd edib.

O vurğulayıb ki, M. Abbas şəxsən iclasda iştirak edə bilməsə də, Türkiyə ötən il olduğu kimi, Fələstin dövlətinin səsi olacaq və Fələstin xalqının mübarizəsini bu kürsüdən dünyaya çatdırmağa davam edəcək.

Türkiyə lideri çıxışının sonunda Fələstin dövlətini hələ tanımayan bütün ölkələri bu qərarlarına yenidən baxmağa çağırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026