• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ərdoğan Putin və Zelenski ilə aparılan danışıqlardan danışdı

DÜNYA

24 Mart 2022 | 21:56 | Müəllif: Qalib İbrahimoğlu

Ərdoğan Putin və Zelenski ilə aparılan danışıqlardan danışdı

“Münaqişələr nə qədər uzun olsa, müharibə hər iki tərəf üçün o qədər dağıdıcı olur. Türkiyə 2014-cü ildən bu günə kimi birmənalı olaraq Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitindən sonra deyib.

Rusiya və Ukrayna arasındakı müharibənin qısa zamanda dayandırılması üçün hər iki ölkənin lideri ilə əlaqə saxladığını xatırladan Ərdoğan, bundan sonra da Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqları davam etdirəcəyini vurğulayıb. Türkiyə Prezidenti deyib ki, bütün səyləri sülh atmosferi yaratmaq üçün bu iki lideri bir araya gətirməkdən ibarətdir.

“Hər iki liderlə təmaslarımız davam edəcək. Bizim siyasətimiz həmişə sülh siyasəti olub. Danışıqları asanlaşdırmaq üçün bir çox addımlar atmışıq. Bu prosesdə konstruktivliyə diqqət yetiririk. Ukraynanın suverenliyi və müstəqilliyi əsas prioritet olmalıdır. Danışıqlarda bəzi irəliləyişlərin əldə olunmasına ehtiyatla yanaşırıq”, - Ərdoğan deyib (report.az).

Türkiyə Ukrayna ilə Rusiya arasında sülhün bərqərar olacağına ümid edir.

“Montrö Konvensiyasının ölkəmizə verdiyi səlahiyyətlərdən Qara dənizdəki gərginliyi azaltmaq üçün istifadə edirik. Biz 63 mindən çox insanın, o cümlədən ukraynalıların münaqişə zonasını tərk etməsinə kömək etdik. Türkiyəyə daxil olan ukraynalıların sayı 60 min nəfərə çatıb”, - Ərdoğan əlavə edib.

Türkiyə lideri deyib ki, NATO Ukraynaya dəstək üçün real addımlar atmalıdır. Onun sözlərinə görə, NATO-nun yenidən birlik mesajı verməsi əlamətdardır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026