• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Ərdoğan və Əliyevin qərarları qətidir" - Akar

SİYASƏT

04 Oktyabr 2022 | 22:37 | Müəllif: Subhan Mahmudov

"Ərdoğan və Əliyevin qərarları qətidir" - Akar

Türkiyə və Azərbaycan arasındaki hərbi əməkdaşlıq aqressiv xarakter daşımır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıya rəsmi səfəri zamanı deyib.

O qeyd edib ki, iki ölkə hər kəsin hüquq və qanunlarına hörmət edir.

"Biz istəyirik ki, bölgədə sülh mühiti yaransın. Bu yaxınlarda baş vermiş müharibədən sonra Ermənistana sülh əli uzandı. Bu sülh əlinin tutulmasını və lazımi cavabın verilməsini gözləyirik. Bu, bütün Qafqazda sülhün və müvafiq olaraq rifahın hökm sürməsi üçün vacib məsələdir", - deyə o bildirib.(teleqraf)

Nazir əlavə edib ki, Türkiyə ilə Ermənistan arasında aparılan danışıqlar tamamilə Azərbaycan xalqının hüquq və mənafeləri üzərində qurulub.

Akar, Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın üçüncü şəxslər üçün təhlükə olmadığını vurğulayıb: "Prezident Ərdoğan və cənab Prezident Əliyevin qərarları qətidir. Biz qardaşıq, birik, bir yerdəyik və bundan sonra da belə olmağa davam edəcəyik".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026