• Bakı 7° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Naxçıvanın statusu ləğv edilir? - Naxçıvanlı partiya sədrindən AÇIQLAMA

SİYASƏT

03 Noyabr 2022 | 15:12 | Müəllif: Qalib İbrahimoğlu

Naxçıvanın statusu ləğv edilir? - Naxçıvanlı partiya sədrindən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ləğv edilib.

Bakıvaxtı.azxəbər verir ki, onun yerində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsi yaradılıb.

Bundan sonra sosial şəbəklərdə Naxçıvanın statusunun ləğv ediləcəyi ilə bağlı müzakirələr

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, əslən Naxşıvandan olan Sərdar Cəlaloğlu bildirib ki, Naxçıvanın yerli hakimiyyətə bağlı olmaması unitar dövlətin prinsiplərinə ziddir. ADP sədri deyib ki, Naxçıvan Muxtar Respublikası Sovet hakimiyyəti dövründə yaradılan digər muxtariyyəti olan yerlərdən ona görə fərqlənirdi ki, beynəlxalq razılaşma nəticəsində yaranmışdı: “Yəni, Azərbaycan, Rusiya, Türkiyə, Gürcüstan və Ermənistanın razılığı ilə Naxçıvana status verilib”,

 S.Cəlaloğlunun sözlərinə görə, Zəngəzur Ermənistanın tərkibinə verildikdən sonra, quru yollar bağlı olduğundan Azərbaycanın digər rayonları ilə müqayisədə Naxçıvanın idarə olunması çətin olurdu: “Ümumiyyətlə, indi də Naxçıvan muxtar respublika kimi özünü Azərbaycandan xeyli ayırmaq istəyir. Təsəvvür edin ki, Azərbaycandan Naxçıvana və əks istiqamətdə gətirilən mallara əlavə gömrük təşkil edilirdi. Sanki Naxçıvan ayrı bir dövlətdir. Bildiyiniz kimi, Naxçıvandakı bir sıra qurumlarda yerli hakimiyyətə yox, öz rəhbərliyinə tabedir. Hətta Prezident İlham Əliyevin bir sıra fərmanları var ki, onların heç biri Naxçıvanda icra olunmayıb. Naxçıvan tamamilə başqa qanunlarla idarə olunur”.

Dempartiyanın sədri, bununla yanaşı Vasif Talıbovun Naxçıvanda müsbət işlər gördüyünü də deyir: “Məsələn, buna Naxçıvanın yaşıllaşdırılması, infrastrukturun yaradılması, təmizlik məsələsi aiddir. Amma yenə deyirəm, Naxçıvanın yerli hakimiyyətə bağlı olmaması unitar dövlətin prinsiplərinə ziddir”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026