• Bakı 8° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

"Ərdoğan və Əliyevin fəailyyətləri nəticəsində Türkiyə-Azərbaycan..." 

CƏMİYYƏT

16 Oktyabr 2023 | 14:43

"Ərdoğan və Əliyevin fəailyyətləri nəticəsində Türkiyə-Azərbaycan..."

“Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Yurtda sülh, cahanda sülh” kəlamını əsas götürən qardaş ölkənin diplomatiyası beynəlxalq səviyyədə yüksək uğurlar əldə edib”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə xarici siyasətinin 500 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, deputat İsa Həbibəyli deyib.

O qeyd edib ki, Azərbaycan və Türkiyə tarix boyu sevincli və kədərli günlərdə həm dövlət, həm də millət olaraq birlik-bərabərlik içində olub: “Son 20 ildə Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğanın və Azərbaycan prezidenti İlham Əliyevin səmərəli fəailyyətləri nəticəsində Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvəyə çatıb”.

İ.Həbibəyli onu da bildirib ki, Azərbaycan Prezidentinin 15 oktyabrda Xankəndidə dövlət bayrağını ucaltmaqla ölkəmizin ərazi bütövlüyünün bərpasının nöqtəsini qoyub.

Ramid İbrahimov 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026