• Bakı 11° C

    5.64 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ərdoğanın xanımından Ukrayna ÇAĞIRIŞI: Bu qara ləkənin...

DÜNYA

27 Fevral 2022 | 14:20 | Müəllif: Qalib İbrahimoğlu

Ərdoğanın xanımından Ukrayna ÇAĞIRIŞI: Bu qara ləkənin...

"Bir ana, bir qadın olaraq Ukraynada yaşanan zorakılıqları üzüntü ilə izləyirəm".

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Rusiyanın Ukraynaya hücumu ilə bağlı paylaşımında qeyd edib.

Türkiyənin birinci xanımı "Twitter"də etdiyi paylaşımda bildirir ki, başda qadınlara, uşaqlara təsir edən savaşlar insanlıq tarixinin qara ləkələridir: "Müharibənin tərəfləri qədər susub göz yumanlar da bu qara ləkənin məsuliyyətini vicdanlarında daşımalıdır  ".

Əminə Ərdoğan dinindən, dilindən, irqindən asılı olmayaraq, hər millətdən əziyyət çəkən və məzlum insanların yanında olduqlarını bildirərək, beynəlxalq ictimaiyyəti sülhün bərqərar olması üçün hərəkətə keçməyə çağırıb.

Nuranə Daxilqızı


Ərdoğanın xanımından Ukrayna ÇAĞIRIŞI: Bu qara ləkənin...
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR