• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Ərdoğanın Zəngilan səfəri Fransada, İranda soyuq duş effekti yaratdı” - Deputat

SİYASƏT

21 Oktyabr 2022 | 11:32 | Müəllif: Qalib İbrahimoğlu

"Ərdoğanın Zəngilan səfəri Fransada, İranda soyuq duş effekti yaratdı” - Deputat

“Zəngilan Hava Limanın və digər mühüm obyektlərin açılışında iştirak edən Rəcəb Tayyib Ərdoğan mühüm mesajlar verdi”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.

F.Ağamalı qeyd edib ki, Türkiyə lideri ATƏT və AŞPA-nın ikiüzlüyü üzərində dayandı: "Onların 30 illik susqunluğunu önə çəkən Ərdoğan Türkiyənin Azərbaycanla hər zaman bir yerdə olduğunu bildirdi. Bu, onu göstərir ki, Türkiyə hər zaman Azərbaycanla bir yerdədir".

Onun sözlərinə görə, Türkiyə prezidenti “Zəngəzur dəhlizindən qorxmağa ehtiyac yoxdur” açıqlaması ilə bu layihənin reallaşmasının arxasında olduğunu nümayiş etdirdi: "Eyni zamanda, Ərdoğanın bu tədbirdə iştirakı həm Fransa, həm də İranda soyuq duş effekti yaratdı”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026