• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Əri tərəfindən bıçaqlanan qadının son durumu

CƏMİYYƏT

13 Sentyabr 2023 | 22:20 | Müəllif: Subhan Mahmudov

Əri tərəfindən bıçaqlanan qadının son durumu

Qobuda əri tərəfindən bıçaqlanan qadının müalicəsi Kliniki Tibbi Mərkəzdə davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Məlumata görə, 2004-cü il təvəllüdlü Aynur Nərimanova travmatik pnevmatoraks diaqnozu ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Torakal Cərrahiyyə şöbəsində müayinə və müalicələri davam etdirilir, hazırda vəziyyəti stabildir.

Qeyd edək ki, 19 yaşlı Aynur Nərimanova ötən gün axşam saatlarında Abşeron rayonu, Qobu qəsəbəsi, Əliağa Vahid küçəsində bıçaqlanıb. Hadisə ilə bağlı onun həyat yoldaşı Alim Nərimanov saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026