• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Erkən evliliyə məcbur etməyə görə cəzalar müəyyənləşir

CƏMİYYƏT

11 Iyun 2024 | 14:06

Erkən evliliyə məcbur etməyə görə cəzalar müəyyənləşir

Nikah yaşına çatmayan şəxsi erkən evliliyə daxil olmağa məcbur edənlər həbs olunacaq.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

    Qüvvədə olan qanuna əsasən, nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etməyə görə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Layihəyə əsasən, artıq nikaha daxil olmağa məcbur etmə deyil, “erkən evlilik” anlayışı qanunvericiliyə daxil edilir. “Erkən evlilik” dedikdə yetkinlik yaşına çatmayan şəxslə nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq başa düşüləcək.

    Beləliklə, nikah yaşına çatmayan şəxsi erkən evliliyə daxil olmağa məcbur etmə də üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

     

    Firuzə Vahid


    SON XƏBƏRLƏR

    26 Iyul 2024